Erməni jurnalistləri Bakıya kim gətirir?..

SİYASƏT 15 noy 2019, 12:09

Noyabrın 17-də bir qrup erməni jurnalistin Bakıya gələcəyi barədə xəbər yayılıb. Erməni jurnalistlərin bəzi dövlət qurumlarına baş çəkəcəkləri və bir sıra görüşlər keçirəcəkləri bildirilir.

 

Daha sonra azərbaycanlı jurnalistlərin də Ermənistana səfər edəcəyi söylənilir.

 

Erməni jurnalistlər Bakıya hansı xətlə gəlirlər?

 

Demokrat.az xəbər verir ki, Modern.az saytı erməni jurnalistlərin Bakı səfəri ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət edib.

 

XİN sözçüsü Leyla Abdullayeva saytımıza açıqlamasında məsələyə hər hansı cavabının olmadığını bildirib:

 

“Erməni jurnalistlərin Bakı səfərinə hər hansı şərhim olmayacaq. Çünki həmin məsələ barədə hər hansı informasiyaya malik deyiləm. Yaxşı olar ki, bu haqda səfəri təşkil edənlərdən cavab alasınız”.

 

Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə Qarabağ münaqişəsi tərəflərinin “vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top