Almaniyadan 61 azərbaycanlı deportasiya edilib – Rəsmi AÇIQLAMA

SOSİAL 15 noy 2019, 11:50

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası çərçivəsində noyabrın 14-də Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər Azərbaycan Respublikası vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib.


Bu barədə Demokrat.az saytına Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Bildirilib ki, həmin 61 nəfrdən 22-si kişi, 18-i qadın, 21-i uşaqdır.

 

Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top