Daxili İşlər nazirindən generalın yerinə – TƏYİNAT

HADİSƏ 14 noy 2019, 22:01

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

 

Demokrat.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

 

Əmrə əsasən, Lənkəran Şəhər-Rayon Polis İdarəsinin rəisi, polkovnik İslam Hümbətov vəzifəsindən azad edilib.


Nazirin digər əmrinə əsasən, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə rəisi təyin edilib.

 

Qeyd edək ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş rəisi, polis general-mayoru Aslanov Həzi Arif oğlu tutduğu vəzifədən azad edilərək DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top