Avtomobillərin pərdə və jalüzləri söküləcək – SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

SOSİAL 14 noy 2019, 20:46

Noyabrın 16-dan başlayaraq Azərbaycanda avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə məhdudiyyət qoyulacaq.

 

Demokrat.az xəbər verir ki, məhdudiyyət 2020-ci ilin mayın 1-dək davam edəcək.

 

“Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsinin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır. Həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.

 

Bu inzibati xətaya görə sürücülər 150 manat məbləğində cərimə olunur.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top