"Müsavat"ın rəzilliyi ortaya çıxdı" — Xaricdəki üzvləri tutuldu

GÜNDƏM 14 noy 2019, 19:55

"Almaniyada "mühacir alveri"nə görə saxlanılan Müsavat üzvlərinin əməlləri Azərbaycan cəmiyyətində çoxdan ifşa edilmişdi". 

 
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev bildirib. 


R.Əliyev deyib ki, hazırda saxlanılan azərbaycanlıların işi məhkəmədədir:


"Əgər məhkəmə saxlanılan şəxlərin doğrudan da "mühacir alveri" ilə məşğul olduğunu sübuta yetirəcəksə, o zaman radikal müxalifətin bütün iç üzü ifşa olunacaq. Bununla artıq bütün kartlar açılacaq. Ataların gözəl misalı var: yalanın ömrü 6 ay olur. İndi bunların da əməlləri bu cür ifşa olunur. Neçə vaxtdır ki, bunlar özlərini xalqa "mələk" kimi göstərməyə çalışırdılar. Amma pis yerdə ifşa olundular. Deməli, Almaniya hökuməti bunların evlərində axtarış aparan zaman Müsavat üzvlərinin evlərindən onlarla pasport, saxta sənədlər və xeyli miqdarda pul vəsaitləri tapıblar. Həmin pasportlar Azərbaycandan başlarını aldadaraq, pullarını alıb Almaniyaya gətirdikləri azərbaycanlıların pasportlarıdır. Saxlanılan şəxslər azərbaycanlılardan pasportlarını və pullarını alandan sonra, onların sənədlərini girov saxlayıblar, özlərini isə dövlətə qarşı söyüş söyməyə təhrik ediblər. Bütün bunlar böyük cinayət əməlləridir və hazırda Almaniya tərəfindən araşdırılıb qərar veriləcək".

 

Image result for Rauf Əliyev


Deputat qeyd edib ki, hakim Yeni Azərbaycan Partiyası radikal müxalifəti, o cümlədən sözügedən şəxsləri dəfələrlə bu cür əməllərdən çəkindirməyə çağırıb:


"Zaman da göstərdi ki, kim kimdir. Bu gün radikal müxalifətin kimə işləməsi də artıq hamıya bəllidir. Radikal müxalifətin araxsında xarici qüvvələr var, onlardan vəsait alırlar. Son baş verənlər bir daha sübut etdi ki, radikal müxalifəti düşündürən yalnız pul qazanmaqdır. Qabaqlar bir şəhərdən o biri şəhərə getmək çox çətin olurdu. Amma bu adamlar hər gün bir ölkədən digər ölkəyə gedirlər. Bu qədər vəsait onlarda haradandır? Demək ki, onların maliyyə mənbəyi var. Radikal müxalifət elə ifşa olunub ki, heç partiya sədri Arif Hacılı belə bu əməllərə əsaslandırılmış cavab tapa bilmir. Almaniya demokratik ölkədir. Əgər Almaniya hökuməti müsavatçıları saxlayıbsa, demək ki, ciddi cinayət əməlləri olub. Yoxsa adamı elə-belədən niyə saxlasınlar? İndi Müsavat rəhbərliyi çıxıb bir cavab versin də! Axı, deməyə sözləri yoxdur!".


Zaur Hacılı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top