Deputat vergi məsələsində müğənniləri müdafiə etdi: "Onların həyatı asan deyil"

ŞOU-BİZNES 14 noy 2019, 17:57

Deputat Novruzəli Aslanov müğənnilərin az vergiyə cəlb edilməsi məsələsində onları müdafiə edib.

 

Demokrat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, N. Aslanov bildirib ki, toylara hətta 17 - 18 minə də gedən müğənnilər də var:

 

"Ancaq nəzərə almalıyıq ki, bir mahnının təkcə studiyada yazılması, onun aranjemanı çox böyük bir qiymətə başa gəlir. Həm də nəzərə alınmalıdır ki, müğənnilərin həyat tərzi o qədər də asan deyil. Onların əsas gəlir mənbələri mərasimlərdən əldə etdiyi vəsaitdir. Ansamblda 10-15 nəfər əməkdaşları var, onların da maddi vəziyyəti nəzərə alınmalıdır.


Nəzərə almaq lazımdır ki, bu insanların gələcək həyatı sığortalanmayıb. Onların gələcək həyatı səslərindən asılıdır. Akif İslamzadə bizim üçün nümunədir. Onun həyatında səsi ilə bağlı fəlakət baş verdi, yaradıcılığına davam edə bilmədi". 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top