Riqada Aİ “Şərq Tərəfdaşlığı” media konfransı açılıb

SİYASƏT 14 noy 2019, 14:44

Cümə axşamı Riqada Avropa Komissiyasının təşkil etdiyi "Şərq Tərəfdaşlığı Media Konfransı 2019: Biznes və Davamlılıq" öz işinə başlayıb.


Demokrat.az xəbər verir ki, tədbir Avropa Xarici Əlaqələr Xidməti və Latviya Xarici İşlər Nazirliyi ilə birgə təşkil edilib. 


Konfrans “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilir. Tədbirdə Aİ tərəfdaş ölkələrdən 100-dən çox nümayəndə iştirak edir.


Konfransda məqsəd bu ölkələrdə biznesin tətbiqinin daim dəyişməsi, media müxtəlifliyi  şəraitində “Şərq Tərəfdaşlığı” ölkələrində müstəqil peşəkar jurnalistikanın maliyyə dayanıqlığına nail olmağın perspektivlərini müzakirə etməkdir. Bölgədəki qabaqcıl təcrübənin mübadiləsinə, həmçinin əməkdaşlığa və KİV-ə beynəlxalq dəstəyin effektivliyinin artırılması yollarına xüsusi diqqət yetiriləcək.


Konfrans təşkilatçıları hesab edirlər ki, bu gün KİV nümayəndələri auditoriyanın yaradılması və saxlanması üçün kreativlik və texnoloji nou-hau nümayiş etdirməlidirlər. 


Ekspertlər dezinformasiyanın asan və pulsuz əldə edildiyini qeyd edirlər. Konfrans təşkilatçıları əmindirlər ki, məhz bu şəraitdə müstəqil KİV-in ehtiyaclarını öyrənmək çox vacibdir.


“Bütün regiondan peşəkarlar arasında geniş qabaqcıl təcrübə mübadiləsi həll yollarının axtarışında mühüm  addımdır. Odur ki, beynəlxalq donorlar üçün  “Şərq Tərəfdaşlığı” ölkələrindən olan müxtəlif KİV-lərin uğurlu təcrübəsini diqqətlə dinləmək vacibdir”, - konfrans təşkilatçıları hesab edirlər.


Konfransın yekunlarına əsasən regionda KİV nümayəndələri və beynəlxalq donorlar üçün bir sıra xüsusi tövsiyələr hazırlanacaq.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top