Açıq söyüş söyən mühacir saxlanıldı

HADİSƏ 14 noy 2019, 11:24

Azərbaycanlı mühacir Rafael Piriyev saxlanılıb.  


Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. 


Qeyd edilir ki, o, Fransada həbs olunub.  


Haqqında cinayət işi başladılan Piriyevin Azərbaycana deportasiyası gözlənilir.


Həbsin dəqiq səbəbi açıqlanmasa da, onun ikinci dəfə Fransaya mühacirətə getdiyi üçün saxlanıldığı ehtimal edilir.  


Qeyd edək ki, sözügedən mühacir şəxsi sosial şəbəkə hesablarında açıq söyüş və təhqiredici sözlərdən istifadə etməyi ilə tanınır və bu xüsusiyyətinə görə tənqid edilir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top