Yaşayış minimumunun məbləği təsdiqləndi

İQTİSADİYYAT 13 noy 2019, 19:37

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda yaşayış minimumunun məbləği ilə bağlı məsələ müzakirəyə çıxarılıb.

 

Qanun layihəsinə əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilir.

 

Müzakirələrdən sonra yaşayış minimumunun məbləği birinci oxunuşda təsdiq olunub. (Trend)

 

Qanun 2020-cı il yanvarın 1-dən qüvvəyə minir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top