Hacı Zeynalabdin Tağıyevin bağ evi təmir edilir

SOSİAL 13 noy 2019, 19:04

Tanınmış mesenat Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda yerləşən bağ evi təmir edilir.

 

Demokrat.az-ın Trend-ə istinadən məlumatına görə, artıq ərazidə işlərə start verilib. Malikanənin əvvəlki görkəminə qaytarılacağı deyilir. Təmir işləri çərçivəsində bağda sonralar tikilən binalar sökülüb.

 

Mədəniyyət Nazirliyinin sifarişi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən işlərin gələn ilin birinci yarısında yekunlaşdırılması nəzərdə tutulub.

 

Qeyd edək ki, milyonçunun yaşadığı ev uzun illər xəstəxana və məcburi köçkünlər üçün sığınacaq yeri kimi istifadə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top