Vitse-spikerdən tələbə yataqxanaları ilə bağlı TƏŞƏBBÜS

SOSİAL 13 noy 2019, 14:52

Milli Məclisin plenar iclasında çıxış edən vitse-spiker Valeh Ələsgərov bir sıra maraqlı fikirlər səsləndirdi. Deputat əvvəlcə tələbə yataqxanalarının tikilməsi ilə bağlı təkliflərini irəli sürdü. V.Ələsgərov bununla “Tik-idarə et-təhvil ver” (TİT) modelindən istifadəni məqsədəuyğun hesab etdiyini bildirərək dedi ki, bu modellə bağlı 2016-cı ildə Milli Məclis tərəfindən qanun qəbul olunub. Vitse-spiker qeyd etdi ki, dünyanın bir çox ölkələrində bu modeldən səmərəli istifadə olunur, körpülər, tunellər hava limanları tikilir.

 

V.Ələsgərov qeyd etdi ki, Milli Məclis bu qanuna əlavə edərək tələbə kampuslarının tikilməsi üçün qanunvericilik bazası yarada bilər. Onun sözlərinə görə, tələbə yataqxanaları ilə bağlı məsələ bu yolla daha tez həll oluna bilər: “Təklif edirəm ki, Təhsil və Maliyyə Nazirlikləri ilə birgə bununla bağlı müəyyən mexanizm hazırlayaq”.

 

Vitse-spiker tələbə yataqxanalarının tikintisi ilə məşğul olan iş adamlarına güzəştlərin tətbiq olunmasını zəruri saydı.

 

V.Ələsgərov həmçinin Samux və Şəmkir rayonunda, kür qırağı sahələrdəki əkin yerlərindən istifadə ilə bağlı təkliflər sələndirdi. Eyni zamanda o, hər iki rayonun kəndlərinin qazlaşdırılması, həmçinin yol probleminin həlli ilə bağlı görülməli işlərdən bəhs etdi.(Musavat.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top