“Bəlkə Qarabağ müharibəsini udmuşuq...” — Deputat

GÜNDƏM 13 noy 2019, 13:52

“Nə üçün bizim hərbi büdcəmiz 2023-cü ilə qədər 1,1 milyard azalır?! Bəlkə Qarabağ müharibəsini udmuşuq, yaxud daha hərbi əməliyyatlar keçirməyəcik? Yoxsa hərbi avadanlıqlar almağa artıq ehtiyac qalmayıb? sosial sahəyə ayrılan vəsaitin artırılması sevindiricidir: “Ancaq müdafiə sahəsinə daha çox vəsait ayırmaq lazımdır”.

 

Demokrat.az xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən plenar iclasında dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
 

Deputat Ağsu-Şamaxı aşırımına vəsaitin ayrılmasını təklif edib: 


“10 illərdir ki, Ağsuya avtobus girib-çıxmır. Nə üçün insanlar 20 km-lik əraziyə gəlin köçürəndə 150-200 km yol fırlanıb cehiz aparmalıdır. Bu seçicilərin mənlə görüşəndə səsləndirdiyi problemlərdir və həll olunması yaxşı olardı”.
 

T.Kərimli qeyd edib ki, maliyyə amnistisiyasının verilməsi məqsədəuyğun olar.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top