Birinci vitse-prezidentin Nəsiminin yubileyi ilə bağlı təşəbbüsü Türkiyədə rəğbətlə qarşılandı

GÜNDƏM 13 noy 2019, 12:08

"İmadəddin Nəsimi Azərbaycan xalqının və bütövlüdə türk dünyasının ümumbəşər mədəniyyətinə bəxş etdiyi dahi şəxsiyyətdir. O, Şərqdə bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaradıb".


Demokrat.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib. 


O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Nəsiminin anadan olmasının 650 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzalaması, 2019-cu ili ölkədə “Nəsimi ili” elan etməsi dahi şairin irsinin təbliği baxımından mühüm addımlardır. Bu sərəncamlara uyğun olaraq Nəsiminin bəşəri ideyalarının dünyaya çatdırılması istiqamətində mühüm tədbirlər keçirilir.


Federasiya sədri, eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şairin yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə də münasibət bildirib. 

 

Image result for Bilal Dündar


O, bunun çox təqdirəlayiq bir qərar olduğunu qeyd edib. 


Vurğulayıb ki, dahi şairin yubileyi münasibətilə ağac əkmək onun xatirəsinin əbədiləşdirilməsinə böyük ehtiramdır. Nəsimi əsərlərində xeyirxah və nəcib əməllərin daşıyıcısı olan insanı ilahiləşdirərək onu yaradanla bir tuturdu.


“Dini ayələrdən birində deyilir ki, qiyamət qopacağını bilsən belə əlindəki fidanı yerə basdır. Ağac əkmək, ətrafı yaşıllaşdırmaq ən gözəl əməllərdəndir”, - deyə Bilal Dündar vurğulayıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top