“AzTV-də sadəcə səviyyəli insanlar işləyə bilər” – Nigardan tənqidə cavab

ŞOU-BİZNES 13 noy 2019, 10:58

Xəbər verdiyimiz kimi, “Eurovision 2011” qalibləri Nigar Camal və Eldar Qasımov yenidən bir araya gəlib. Onlar AzTV-də aparıcılığa başlayıb. Eldar və Nigar bundan sonra “Telesəhər” proqramında aparıcılıq edəcək.


Nigar Camal verilişlərinin ilk fotolarını sosial şəbəkədə paylaşıb. İzləyicilərindən biri onun niyə məhz AzTV də işə başlamağının səbəbini soruşub:

 

“Xeyirli olsun sənin üçün!  Bu boyda kanallar olan ölkədə niyə  AzTV?  Amma bir şeyi yaxşıdır ki, ürəyiniz nə istəyirsə, edə və deyə bilərsiniz, onsuz da o kanala baxan yoxdur”.

 

Nİgar Camal sözügedən şərhə “Ona görə ki, AzTV-də sadəcə səviyyəli insanlar işləyə bilər”, – deyə cavab verib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top