İmişlidə qatar “Jiquli” ilə toqquşdu – FOTOLAR

HADİSƏ 12 noy 2019, 22:36

İmişlidə minik avtomobili qatarla toqquşub.

 

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün İmişli rayonunun ərazisindən keçən Bakı-Horadiz dəmir yol xəttinin 127-ci mənzilində baş verib.

 

Rayonun Yalavac kənd ərazisində dəmir yol xətti ilə avtomobil yolunun kəsişdiyi keçiddə rayon sakini Niyazəliyev Bayraməli Tofiq oğlunun idarə etdiyi 30-BD-375 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobili qatar vurub. Qəza nəticəsində xəsarət alan olmasa da, minik avtomobili yararsız hala düşüb. 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top