“Azərbaycanın ərazilərində ikinci erməni dövlətinin yaradılmasına imkan verə bilmərik” — Birinci vitse-spiker

SİYASƏT 12 noy 2019, 14:01

Azərbaycan Milli Məclisinin sədrinin I müavini Ziyafət Əsgərov Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İrəvanda keçirilən mətbuat konfransı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sualı cavablandırarkən səsləndirdiyi fikirlərinə münasibət bildirib.

 

Demokrat.az-ın xəbərinə görə, Z.Əsgərov deyib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir: 


“Dəfələrlə bəyan etmişik ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi danışıqlar predmeti deyil. Yəni, Dağlıq Qarabağ ərazisi Azərbaycanın əzəli, qədim torpağıdır. Burada başqa söhbət ola bilməz. Danışıqlar da bu ətrafda getməlidir. Biz ermənilərə Azərbaycanın daxilində öz müqəddəratını təyin etmək hüququ verə bilərik. Bir daha qeyd edirəm, bu, yalnız Azərbaycanın ərazi bötüvlüyü çərçivəsində mümkün ola bilər. Ermənilərin artıq bir dövləti var, onlar ikinci dövləti yaratmağı arzu edirlər. Azərbaycanın əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına imkan verə bilmərik”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top