Zelenskinin Azərbaycana səfəri gözlənilir

SİYASƏT 12 noy 2019, 13:10

Ukrayna Xarici İşlər naziri cənab Vadim Pristaykonun Azərbaycana səfəri gözlənilir.


Demokrat.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev məlumat verib.


Səfir bildirib ki, Vadim Pristaykonun Bakıya səfəri bu ilin dekabr ayında baş tutabilər: 


“Cari ilin noyabr ayının 5-də Avropa İttifaqının Şərq Tərəfdaşlığının 10 illik yubileyi münasibətilə üzv ölkələrinin xarici işlər nazirlərinin Stokholmda keçirilən tədbir çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarov və Ukrayna Xarici İşlər naziri cənab Vadim Pristayko arasında görüş keçirilmişdir. Həmin görüşdə nazirimiz həmkarını Azərbaycana səfər etməyə dəvət etmişdir.  Ümidvarıq, cənab Pristayko yaxın aylarda öz sıx iş cədvəlində vaxt taparaq, bir sıra ikitərəfli məsələlərin müzakirəsi üçün  Bakıya səfər edəcək və bu səfər daha sonra da Ukraynanın Prezidenti cənab Vladimir Zelenskinin Azərbaycana səfəri üçün zəmin yaradacaq”. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top