Oqtay Əsədov gələn ilin büdcəsindən DANIŞDI

SOSİAL 12 noy 2019, 12:37

“Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində inkişaf müşahidə olunur”.

 

Bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

 

Ölkədə mühüm struktur islahatlarının həyata keçirildiyini deyən O.Əsədov söyləyib ki, bunun nəticəsidir ki, Dünya Bankının son hesabatında Azərbaycan dünyanın 20 ən islahatçı ölkəsi sırasında yer alıb:

 

“Azərbaycanda ardıcıl həyata keçirilən islahatlar iqtisadi potensialı daha da möhkəmlənidirib”.

 

Spiker  deyib ki, 2020-ci ilin büdcə zərfləri özündə ölkədəki müsbət dəyişiklikləri əks etdirir:

 

“Ötən 9 ayda ÜDM 2.5 faiz yüksəlib, qeyri-neft sənayesi sürətlə artıb. Oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə də qeyd edildiyi kimi, qeyri-neft sektoru üzrə həyata keçirilən işlər bu sahədə artıma səbəb olub”.

 

Spikerin sözlərinə görə, Azərbaycanın strateji valyuta ehtiyatları 48 milyard dolları ötüb:

 

“Cari ilin 9 ayında əhalinin gəlirləri 8.9 faiz artıb, inflyasiya 2.6 faiz təşkil edib ki, bu da əhalinin rifah halının daha da yaxşılaşdırıb”. (Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top