İcra başçısı 280 min rüşvətə görə tutulan işçisini azadlığa çıxardı

HADİSƏ 11 noy 2019, 17:59

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin ötən il Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rüşvətlə həbs edilən Həbib adlı işçisi azadlığa çıxıb.  


Unikal.org-un əldə etdiyi məlumata görə, Adil Vəliyev şəxsi münasibətlərindən istifadə edərək məhkəmənin qərarı ilə Həbibi azadlığa çıxarda bilib.


Qeyd edək ki, Həbib həbs olunandan sonra, hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları yoxlama zamanı onun icra hakimiyyətindəki otağında olan seyfdən 280 min manat vəsait maddi sübut kimi götürülüb.


Xatırladaq ki, Həbib daha çox Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin sağ əli və rayon ərazisində tikintiyə nəzarət edən şəxs kimi tanınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top