Beş gün dərs olmayacaq

SOSİAL 11 noy 2019, 13:33

Azərbaycanda fəaliyyət göstərən məktəblərdə payız tətilinə az qalıb.


Demokrat.az-ın məlumata görə, noyabrın 16-dan ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə payız tətili başlayır. 


“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, 16-20 noyabrda ümumtəhsil məktəblərində beş günlük payız tətili olacaq.


Məktəblərdə tədris ilinin beş günlük növbəti - qış tətilinin müddəti isə 27-31 yanvarda nəzərdə tutulub.


Qeyd edək ki, 1-5 mayda ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili müəyyən edilir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top