“Ona görə də maye qazın qiymətini artırmaq əhalinin rifahına mənfi təsir edəcək...”

SOSİAL 11 noy 2019, 12:42

“Elə məhsullar var ki, onlar dövlətin əlindədir, sosial islahatların həyata keçirilməsi üçün maaşın 10 manat artmasındansa, qazın qiymətinin aşağı düşməsi daha yaxşı olardı”

 

Bunu açıqlamasında iqtisadçı alim, professor Əli Əlirzayev maye qazın qiymətinin artmasına münasibət bildirərkən deyib. İqtisadçı qazın qiymətinin artmasının əhalinin rifahına mənfi təsir edəcəyini deyib:

 

“Əvvəllər mən qazın limitiylə bağlı çıxış edib bunun düzgün olmadığını demişdim. Qiymətin qalxmasını Tarif Şurası təyin edir və əsaslandırırlar ki, xərclər çoxalıb, amma bu əsas deyil. Sosial islahatların həyata keçirildiyi bir prosesdə həmin o mühüm problemlərdən biri də qiymətin aşağı salınmasıdır. Elə məhsullar var ki, onlar dövlətin əlindədir, sosial islahatların həyata keçirilməsi üçün maaşın 10 manat artmasındansa, qazın qiymətinin aşağı düşməsi daha yaxşı olardı. Bunu əsaslandıranda deyirlər ki, strukturda dəyişikliklər edilib, yeni texnologiyalar tədbiq edilir və belə olanda da biznesin öz qanunları var. İstər dövlət, istərsə də özəl sektor olsun orda gərək çəkilən xərclər ödənilsin. Əgər bu ödənilmirsə, biznes mühiti inkişaf etməyəcək. Ona görə də dövlət də bizneslə məşğuldur və Tarif Şurasının əsas məqsədi ondan ibarətdir ki, dövlətin çəkdiyi xərcləri ödəsin. Amma dövlət əhalinin qaza olan tələbatını nəzərə almalıdır. Ona görə də müəyyən mənada maye qazın qiymətini artırmaq əhalinin rifahına mənfi təsir edəcək”. 
Qeyd edək ki, maye qazın satış qiyməti 0,45 manatdan 0,65 manata qaldırılıb. (Moderator.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top