Rusiyada qəza: Azərbaycanlı qadınlar yaralandı

HADİSƏ 11 noy 2019, 09:46

Rusiyanın Xarabrovsk bölgəsinin Trexqornoy küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

 

Qəza zamanı “Lexus” markalı avtomobil yol kənarında dayanmış “Nissan Atlas” markalı maşına çırpılıb. 

 

Qəza nəticəsində “Nissan”da olan iki qadın xəsarət alıb. Onlar Azərbaycan vətəndaşlarıdır. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Onlardan birinə döş qəfəsinin sınığı, digərinə isə kəllə-beyin travması diaqnozu qoyulub. 

 

Məlumatlara görə, qəzaya səbəb “Lexus”un sürücüsünün bir anlıq diqqətsizliyi olub. Hadisə zamanı günahkar sürücü də xəsarət alıb. Onun ayağı sınıb və xəstəxanaya çatdırılıb. 

 

Araşdırmalar zamanı “Lexus”un sığortasının olmadığı da aydınlaşıb. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top