"Reklam gəlirlərinin olmamasını deputatlardan soruşmaq lazımdır" – MŞ-nın sədr müavini

İQTİSADİYYAT 10 noy 2019, 21:29

"Beynəlxalq praktikada reklam gəliri KİV-lər üçün bir nömrəli gəlir mənbəyidir. Normalda, KİV-lərin 75-80 faiz gəliri reklamdan formalaşmalıdır”.

 

Bunu Modern.az-a mətbuatın reklam gəlirləri, bu sahədə mövcud olan problemlər haqqında danışarkən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.

 

O, qeyd edib ki, qalan 20 faiz isə satış, yayım, ianələr və sairdən formalaşmalıdır:

 

“Azərbaycanda isə reklam nəinki azdır, hətta yox səviyyəsindədir. Ölkəmizdə KİV-lərin reklam göstəricisi heç bir kriteriyaya uyğun gəlmir: nə ölkənin iqtisadi inkişafına, nə özəl sektorun durumuna. Nəzərə alsaq ki, büdcə təşkilatlarını ümumi dövriyyəsini ən azı 1 faizi reklama sərf edilməlidir, onda necə böyük reklam olacağını təsəvvür edə bilərik. Amma bu gün bu rəqəm ortada yoxdur. Səbəblər müxtəlifdir, obyektiv və subyektiv səbəblər var. Obyektiv səbəb budur ki, internet, veb səhifələr, sosial şəbəkələr çox inkişaf edib, müəssisələr öz təbliğatlarını onların vasitəsilə aparırlar, KİV-ə reklam verməyə zərurət duymurlar”.

 

M.Ələsgərli əlavə edib ki, subyektiv səbəblər isə çoxdur:

 

“İlk problem "gizli reklamın" intişar tapmasıdır. "Gizli reklam" qanunla yasaqlansa da, Azərbaycanda geniş intişar tapıb və sair. Çoxlu subyektiv səbəblər göstərə bilərik. Mətbuat Şurası reklam bazarında səhman yaratmaq üçün təkliflər verib, xüsusi mexanizmlər yaradılmasını təklif edib. Həmin təkliflər qəbul edilərsə, reklam sahəsində vəziyyət indikindən ən azı 10 dəfə yaxşı olar. Təəssüf ki, bu təkliflər uzun müddətdir ki, qəbul edilməmiş saxlanılıb. Ən azı Milli Məclusin bu təklifləri müzakirəyə çıxarmaq imkanları olub və indi də var. Amma hələ ki, təşəbbüs görməyiblər. Niyəsini millət vəkillərinə sormaq lazımdır. Danışanda hamısı deyirlər ki, medianın problemlərinin aradan qaldırılmasını istəyirik. Amma konkret əmələ gələndə, yerlərindən tərpənmirlər".

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top