Meyxanaçı Vüqar "Topaz"da pul udmasından danışdı

ŞOU-BİZNES 10 noy 2019, 20:07

Tanınmış meyxanaçı Vüqar Əbdülov bukmeykerdən külli miqdarda pul qazanması ilə bağlı xəbərlərə aydınlıq gətirib.


Sənətçi "Zaurla Günaydın" proqramında bir neçə gün əvvəl Topaz-da pul udması xəbərinə belə reaksiya verib: "Bu haqda özüm də mediada eşitdim. Belə bir şey yoxdur. Topaz-da oynayıram, həvəsim var. Hərdən maraqlı oyunlar olanda, az pul qoyuram. Qoyduğum pulun üç qatını udmaq şansın olur. Amma birdəfəyə 3 min qoymaq mənim gücümdə deyil. Bilmirəm, haradan qaynaqlandı".

 

Meyxanaçı Vüqar dostu tərəfindən aldadılaraq 125 min manat ziyana düşməsindən də danışıb: "Ev məsləsi həqiqidir. Neçə il əvvəl dostum dələduzluq edib, mənə saxta sənədlə ev satdı. Onu şəxsi tanıdığım üçün polisə də şikayət etmədim. 10 ilə yaxındır məsələ uzanır. Ev də məndə yoxdur. Bu boyda problemim var, hər yer yazdı. Bir nəfər mən zəng edib, dəstək durmadı".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top