Messi Ronaldonun rekordunu təkrarladı

İDMAN 10 noy 2019, 13:11

"Barselona"nın kapitanı Lionel Messi "Real"ın keçmiş hücumçusu Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.

 

Demokrat.az xəbər verir ki, La Liqanın XIII turunun "Selta" ilə matçında 3 qol vuran argentinalı ulduz İspaniya çempionatında 34-cü dəfə het-trik edib. 

 

İndiyə qədər het-trik sayında rekord Ronaldoya məxsus idi. 2018-ci ilə qədər "Real"ın heyətində çıxış edən portuqaliyalı Messi ilə müqayisədə daha az oyun keçirib. Belə ki, Ronaldo 292, Messi isə 459 oyunda 34 het-trikin müəllifi olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top