Rəqqasə Aygündən yaşlı qadına hörmətsizlik - VİDEO

ŞOU-BİZNES 09 noy 2019, 12:07

Rəqqasə Aygünün şəxsi “Instagram” hesabında paylaşdığı video qalmaqala səbəb olub.

 

El məclislərinin birində lentə alınan görüntülər müzakirə predmetinə çevrilib.

 

Rəqqasə açıq-saçıq libasda ağbirçək xanımın önündə oriental rəqs edib.

 

Daha sonra Aygün yaşlı qadını ayağa qaldırıb və oturacağın üstünə çıxaraq rəqsini davam etdirib. 

 

“Nənə, ay nənə, Allah sənə ömür versin. Bu yaşınızda belə içinizdə həyat sevgisi var. Nə qədər gözəl insan olduğunuzu göstərdiniz. Çox gözəl xına keçdi. Nənə xüsusi rəng qatdı. Sevirəm də belə şirin-şəkər nənələri”, - rəqqasə paylaşıma rəy yazıb.

 

Həmin görüntülər sosial media əhlini qəzəbləndirib. Onlar Aygünün həm rəqsini, həm də hərəkətlərini biabırçı adlandırıblar.

 

İzləyicilərin əksəriyyəti rəqqasənin açıq-saçıq geyimdə rəqs etməsini qeyri-etik və ağbirçək xanıma qarşı hörmətsizlik kimi qələmə veriblər.(oxu.az)

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top