Azərbaycanlı ekspertin həmmüəllif olduğu vəsait Avropa Şurasının saytında yerləşdirildi

SİYASƏT 08 noyabr 2019, 21:13

Avropa Şurasının "Mediada gender bərabərliyi və digər etik standartların təşviqi" proqramı çərçivəsində Bakıda “Gender bərabərliyi və media”  vəsaitinin təqdimatı keçirilib.

 

Vəsaitin  təkmil hazırlanması, mövzu üzrə əhəmiyyətli bilgi verməsi nəzərə alınaraq, onun həm ingilis, həm də Azərbaycan dilində olan versiyaları  Avropa Şurasının saytında yerləşdirilib.

 

Qeyd edək ki, vəsait yerli və beynəlxalq mütəxəssislərin həmmüəllifliyi ilə hazırlanıb. Azərbaycan üzrə müəllif JuHİ sədri, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi, media eksperti Müşfiq Ələsgərlidir.

 

Digər müəllif isə Belqrad Universitetinin Siyasi elmlər fakültəsinin professor Dr. Yelena Surcilija Milojevicdir.

 

Vəsaitlə versiyalar üzrə aşağıdakı linklər vasitəsi ilə tanış ola bilərsiniz:

 

İngilis versiyası

https://rm.coe.int/gender-equality-and-media-guide-for-news-producers-in-azerbaijan-eng/168094f616?fbclid=IwAR2Uumar24O_YpB7aO_iMj7spfO2RkoymxX6LxOl6Jz4WlWVoNADn8QZsRI

 

Azərbaycan versiyası

https://rm.coe.int/guide-on-gender-equality-and-the-media-for-news-producers-in-azerbaija/1680953ebc?fbclid=IwAR29PITwO8mZempLrIZCcScDeL4dnM1QtQ0xfSJQRIL3Xs360QIn7D4Hs2U

 

Azadinform.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
Top