Bakı-Gəncə istiqamətində əlavə qatar buraxılır

SOSİAL 08 noyabr 2019, 19:16

“Azərbaycan Dəmir Yolları” QSC 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək üçün əlavə qatar təyin edib.

 

Demokrat.az-ın  quruma istinadən xəbər verir ki, noyabrın 9-da bir istiqamətə təyin olunan 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı saat 8:45-də Bakıdan yola düşəcək və saat 13:00-da Gəncəyə çatacaq.

 

Noyabrın 11-də isə Bakıdan və Gəncədən 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə hərəkət edəcək. Saat 8:45-də Bakıdan yola düşəcək qatar saat 13:00-da Gəncədə olacaq.

 

Saat 17:00-da isə Gəncədən əks istiqamətə hərəkət edəcək, saat 21:15-də Bakıya çatacaq.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top