“Mediamız bayrağa hər zaman böyük sevgi və ehtiramla yanaşıb”

MARAQLI 08 noy 2019, 14:10

Sabah 9 noyabr – Dövlət Bayrağı Günüdür.

 

Mediamızın bayrağa münasibəti nə dərəcədə qənaətbəxşdir? Bayraq və digər dəyərlərimiz mediamızda yetərincə təbliğ edilirmi?

 

Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu medianın hər zaman bayrağımıza böyük sevgi və hörmətlə yanaşdığını vurğuladı:

 

“Bayraq bizim hər zaman min bir məhəbbətlə öpüb alnımıza qoyduğumuz bir simvoldur. Bayraq bizim hər birimiz üçün olduqca əzizdir. Mediamız, jurnalistlərimiz bayrağa hər zaman xüsusi bir sevgi və ehtiramla yanaşıb. Müstəqil Azərbaycanın bayrağının ölkəmizin səmalarında dalğalanması hər birimiz üçün səadətdir və bu məsələdə mediamızın da öyük rolu olub. Onun təbliğ edilməsində media hər zaman ciddi fəallıq sərgiləyib. Bu baxımdan hesab edirəm ki, bayrağımızın, habelə digər dövlət simvollarımızın, milli-mənəvi dəyərlərimizin və s. təbliği baxımından mediamızın rolu inkaredilməzdir.

 

Mən Dövlət Bayrağı Günü münasibəti ilə bütün xalqımızı təbrik edirəm. Bu gün hər birimizin bayramıdır. Çünki Dövlət Bayrağı Günü hər şeydən əvvəl bizim müstəqilliyimizdən, azadlığımızdan əbər verir.

 

Mən bir daha xalqımızı, eləcə də media əməkdaşlarıı bu böyük gün münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, müqəddəs  bayrağımız ən qısa zamanda doğma Qarabağda, Şuşada dalğalansın”. (Moderator.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top