Meriya Müsavata ”YOX” dedi - Partiya icazəsiz piket qərarı verdi

SİYASƏT 07 noy 2019, 17:38

Musavat Partiyasının noyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına təyin etdiyi aksiyaya "yox" cavabı verilib.

 

Bu barədə Musavat Partiyasının başqanı Arif Hacılı bildirib.


"Heç bir halda aksiyalarımıza icazə verilmir. Nəinki mitinqimizə, hətta piketimizə də icazə verilmir.
Niyə məhz, Müsavata, niyə hər hansı aksiyaya, niyə hətta piketə də icazə verilmir?
Məncə bu sualın cavabı qərəzsiz olan hər kəsə aydındır. Bundan daha artıq güzəştimiz mümkün deyil".


Arif Hacılı onu da deyib ki, noyabrın 12-də, Bakı Şəhər İcra Hakimiyyəti qarşısında "Konstitusiyaya əməl et", "Sərbəst toplaşma azadlığı təmin edilsin" və digər şüarlarla planlaşdırılan aksiyanı icazəsiz keçirməyə çalışacaqlar. (Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top