Komitə sədri bələdiyyələrə ayrılan vəsaitdən şikayətləndi

SİYASƏT 07 noy 2019, 17:26

Azərbaycanda 1606 bələdiyyə var. Bələdiyyələrə büdcədən vəsait ayrılarkən həmin ərazilərdə yaşayan əhalinin sayı nəzərə alınmır.

 

Milli Məclisin birgə komitələrinin iclasında 2020-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

O bildirib ki, bələdiyyələrə eyni həcmdə vəsait verilir.

 

“Ona görə də bəzi bələdiyyələr çətinliklər yaşayırlar. Əgər dotasiyalar artırılarsa, bələdiyyələrin problemləri aradan qaldırıla bilər”, - deyə A.Rəhimzadə təklif edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top