Lalə Şövkət siyasi karyerasına son qoyub?.. - AÇIQLAMA

SİYASƏT 07 noy 2019, 16:00

Keçmiş dövlət katibi, Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Hacıyevanın bu gün 68 yaşı tamam olur. Lalə Şövkət uzun müddətdir siyasətdən və mətbuatdan uzaqdır.

 

Belə görünür ki, o, siyasi kariyerasını artıq yekunlaşdırıb...

 

Lakin Lalə Şövkətin yaxın silahdaşı, ALP sədri  Əvəz Temirxan Modern.az-a açıalamasında liderinin siyasətdən tamamilə çəkildiyini düşünmür.

 

Əvəz Temirxan bildirib ki, Lalə Şövkət  mətbuat və aktiv siyasətlə məsafə saxlayır, ad gününü isə qeyd etməyi sevmir.

 

“Lalə xanım ad gününü qeyd etməyi sevmir. Ya yığcam şəkildə öz ailə üzvləri ilə bərabər qeyd edir, ya da ümumiyyətlə qeyd emir. Lalə Şövkət mətbuatdan uzaqdır, siyasətdən yox. Daha doğrusu Lalə xanım aktiv siyasətlə bir qədər məsafə saxlayır. Fərdi qaydada siyasətlə məşğuldur, hazırda Bakıda yaşayır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top