Əli Əsədov Novruz Məmmədovun qərarını dəyişdirdi

SİYASƏT 07 noy 2019, 10:42

“Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi və Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli Qərarında dəyişiklik edilib.

 

Bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

 

Qərarda bildirilib ki, “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın 86-cı hissəsində “Geofizika mühəndisliyi” sözləri “Geologiya və geofizika mühəndisliyi” sözləri ilə əvəzlənib.

 

Qeyd edək ki, Baş nazirin dəyişiklik etdiyi qərarı 2019-cu ilin fevralın 11-də ölkənin Baş nazir Novruz Məmmədov təsdiqləmişdi. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top