Masazırda silahlı insident törədən komendantın məhkəməsi başlayır

KRİMİNAL 06 noy 2019, 19:23

Abşeron rayonunun Masazır qəsəbəsində silahlı insident törətməkdə təqsirləndirilən Ehtiram Yusifovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Hakim Vaqif Həsənovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

 

Qeyd edək ki, hadisə bu ilin aprel ayında qəsәbәdә yerləşən "Qәbәlә" kafesindә baş verib. "Yeni Bakı" Yaşayış Kompleksinin komendantı Ehtiram Yusifov "Vinçester" markalı odlu silahla 1994-cü il təvəllüdlü Kamran Qasımovu sağ ayaq, 1990-cı il təvəllüdlü Talıbov Məmmədi döş və qarın, 1980-ci il təvəllüdlü Gəncəliyev Zauru döş və qarın nahiyələrindən yaralayıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

 

İlkin məlumata görə, münaqişəyə ev alqı-satqısı ilə məşğul olan şəxslərlə şəhərciyin komendantı Ehtiram Yusifov arasında söyüş üstündə yaranan mübahisə səbəb olub. 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top