Zakir Qaralov yeni idarə rəisi təyin etdi

SİYASƏT 06 noy 2019, 16:35

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində kadr dəyişikliyi olub.

 

Demokrat.az-ın məlumatına görə, bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.

 

Əmrə əsasən, Məmmədov Ceyhun Fəxrəddin oğlu qurumun Əməliyyat İdarəsinin rəisi təyin edilib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Əməliyyat İdarəsinin rəisi Mürsəliyev Emin Ramiz oğlu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top