Azərbaycanın hərbi xərclərini kəskin artırması erməniləri TƏŞVİŞƏ SALDI

SİYASƏT 06 noy 2019, 15:36

Azərbaycanın 2020-ci il üçün hərbi xərclərini artırması Qarabağdakı qondarma rejimi qorxuya salıb.

 

Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı qondarma rejimin “prezident köməkçisi” Tiqran Abramyan “Facebook”-da geniş şərh yazıb.

 

“Azərbaycanın hərbi xərclərini kəskin artırması müxtəlif aspektlərdən müzakirələrə yol açdı. Hərbi xərclərin 21% artırılması Ermənistan və Qarabağ üçün ciddi risklər doğurur və bugünkü gərginliyi daha da artırır”.

Onun fikrincə, Ermənistan hakimiyyəti Qarabağda təmas xəttini, hərbi mövqeləri möhkəmləndirməli, ön xətdə duran zabitlərin və əsgərlərin maaşlarını artırmalıdır.

 

Xatırladaq ki, Azərbaycan 2020-ci il üçün dövlət büdcəsində hərbi xərclərini 2019-cu illə müqayisədə 666 milyon manat artıraq 3 milyard 853 milyon 600 min manata çatdıracaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top