Kremlin təhdidləri PUÇA ÇIXIR - Yeni planda Azərbaycan da var

SİYASƏT 06 noy 2019, 14:37

NATO Ukrayna və Gürcüstan siyasətində Rusiya ilə üz-üzə gəlməkdədir.

 

Politoloq Məhəmməd Əsədullazadə NATO-nun baş katibi Yens Stoltenberqin Ukraynanın Alyansa tezliklə üzvü olacağı ilə bağlı açıqlamasına münasibət bildirib.

 

Politoloq hesab edir ki, baş katibin bu açıqlaması Ukraynanın artıq, NATO üçün nühüm bir dövlət statusuna malik olması anlamına gəlir:

 

“NATO gəmilərinin Odessa limanında lövbər salması fonunda baş katibin bu açıqlaması Rusiya ilə yeni geosiyasi qarşıdurmadan xəbər verir. NATO-nun planına uyğun olaraq Ukrayna, Gürcüstan Alyansa üzv ediləcək. NATO-nun genişlənən periferiyası Şərqi Avropa ilə Cənubi Qafqazı əhatə etməsi gözlənilir. Bu siyasi gedişat yeni dünya düzənin formalaşmasına aparır. Bu geosiyasi rəqabətdə Rusiyanın təsir və mövqeyini kifayət qədər zəiflətməklə, regionda təhlükəsizliyi təmin etməkdir. Göründüyü kimi NATO Rusiya qarşısında geri çəkilmir, daha da irəli addımlarla Çinlə Mərkəzi Asiyada toqquşmağı hədəfləyir”.

 

Politoloq vurğulayıb ki, Mərkəzi Asiyaya çıxış Cənubi Qafqaz və Xəzər üzərindəndir:

 

“Burada Azərbaycanın qlobal geosiyasi və geohərbi müstəvidə əhəmiyyəti daha da artır və Alyansın Azərbaycana dəstəyi birmənalı şəkildə müsbət təsir göstərəcək. Ona görə də Alyans gələcək perspektivdə region dövlətlərinin üzv etməsə, Moskvanın siyasi-hərbi işğalı ilə yenidən üzləşə bilər. Bu da Qərbin Şərqə doğru genişlənməsinin qarşısını alır. Bu da Avropa üçün ciddi təhdiddir”.

M. Əsədullazadə qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyünün reallaşması qısa zamanda baş verməsə də mümkün senaridə bu tezləşdirilə bilər:

 

“Bu addım Tiflis üçün də keçərli ola bilər. Kremlin bütün təhdidləri boşuna olacaq və reallıqlarla barışacaq. Ukraynadan sonra Gürcüstan yeni planda Azərbaycan və Ermənistan da nəzərdə tutulur. Bu proses 2023-cü ildən başlayacaq. Gürcüstan mövcud sərhədləri çərçivəsində alyansa üzv olacaq. Rusiyanın təzyiqləri nəticə verməyəcək. Hazırda Azərbaycan və Ermənistanın Alyansa üzvlüyü müzakirə obyekti olmasa da, baş verənlər analoji ardıcıllıqla gedəcək. İlkin planda Ukrayna və Gürcüstandır. NATO bu iki ölkəni üzvlüyə qəbul edərsə, artıq Qarabağ münaqişəsinin həlli NATO üçün pioritet olacaq. Çünki Alyans Şərqi Avropa və Cənubi Qafqazda təhlükəsizlik çəmbəri yaratmaqla region ölkələrini qorumasına alır və təhlükəsiz şəkildə Mərkəzi Asiyaya açılır. Bununla da yeni dünya nizamında Rusiyanın və Çinin regiona girişini əngəlləməklə Mərkəzi Asiya və Cənubi Şərqi Asiyaya nəzarətə götürəcək”.

 

M. Əsədullazadə bildirib ki, Rusiya və NATO rəqabəti regionda yeni siyasi-hərbi mənzərə yaradacaq:

 

“Məhz Rusiyanın Ermənistandakı bazasının iki dəfə gücləndirməsi bununla əlaqədardır. Ermənistandakı inqilabdan sonra Paşinyana Qərb ümid edirdi. Paşinyan regionda geosiyasi dəyişikliklərə və NATO-nun bu planına əvvəlcə razılıq verməsinə baxmayaraq, öz hakimiyyətini qorunması naminə hələ ki Kremlə stavka edir, Qarabağ münaqişəsinin nizamlanmasında manipulyasiyanı davam etdirir. Amma NATO-nun regiona gəlişi qaçılmazdır. Bu proseslər Azərbaycanın milli maraqlarına cavab verir və mütləq şəkildə ölkəmiz öz siyasətində NATO ilə diplomatik əlaqələrini inkişaf etdirməlidir”. (Redaktor.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top