Bir-birinə "atan" "AXCP-Müsavat" — Və ya xoş gəldin korrupsioner nazir!

GÜNDƏM 06 noy 2019, 12:36

Dünən Müsavat Partiyasının qərargahında başqan Arif Hacılının təşəbbüsü ilə Əli İnsanov, İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn və özünü müxalifət adlandıran digər şəxslər guya xalqı düşünərək toplaşıb hansısa məsələni həll edirdilər. Azərbaycan xalqından istədiyi dəstəyi ala bilməyən radikal müxalifət öz aləmində dəyişikliklər barəsində düşünürdü.

 

Məsələnin bir maraqlı tərəfi odur ki, ara-sıra yığılan müxalifətin ətrafına bu dəfə keçmiş səhiyyə naziri Əli İnsanov da qoşulmuşdu. O Əli İnsanov ki, müxalifətin ən güclü vaxtında dəfələrlə liderlərini təhqiramiz ifadələrlə alçaltmış və onların şəninə aşağılayıcı sözlər işlətmişdi. İsa Qəmbəri “genetik xəstə”, Əli Kərimlini “əxlaqsız”  kimi ağır sözlərə “qonaq edən” İnsanov, indi insan içinə çıxıb haqq-ədalətdən danışırdı. Bəs öz çirkli keçmişində başında dayandığı səhiyyəni rüşvət yuvasına çevirəndə, öz işçisindən tutmuş media nümayəndəsinə  qədər söyüş və təhqirlərlə danışanda onun “ədalət” hissi harada idi ? Özü hakimiyyət komandasında olanda Azərbaycan xalqının qeydinə qalmırdı, indi durub xalqının halına yanan olub. Yoldaş İnsanov, Azərbaycan xalqına sənin bu yalanların, şəxsi mənafe altında gizlənən oyunların keçməz. 

Radikal müxalifətin hələ İsa Qəmbər Müsavat başqanı olduğu dövrlərdə AXCP-yə,  sonuncunun  isə qarşı tərəfə nə qədər “atdığının” şahidi olmuşuq. İllərdən bəri vahid müxalifət namizədi müəyyənləşdirə bilməyən, bundan ötrü bir-birinin “ətini yeyən” radikal müxalifət gəlib yenə bir masa ətrafında toplaşıb. 

 

Artıq əsrin 1/5-i keçib, amma AXCP və Müsavat hər seçki öncəsi bir yerə yığışıb odlu-alovlu çıxışlar edərək, xalqın gözündə birlik formatı kimi görünüb. Lakin sonda lider olmaq hərilisliyi müxalifətin reputasiyasına ciddi təsir göstərib. Seçkiyə bir neçə gün qalmış vahid namizəd stereotipi tərəflərdən birinin digərinə xəyanəti ilə nəticələnib. İki siyasi partiya öz nəfsinə sahib çıxa bilmir, bir-birinə qarşı güzəştə getməkdən tamamilə uzaq görünür. O zaman bu radikal müxalifət öz xalqı tərəfindən hansı dəstəyi görə bilər ? Bu tip hadisələr ötən əsrin 90-cı illərində də belə olub, XX əsrə daxil olandan sonra da belədir. Başqa cür desək, kreslo və vəzifə uğrunda biri digərinin qanını içən ayrı-ayrı müxalifət  partiyaları öz nüfuzunu çoxdan itirib. Bunu onların özləri də çox gözəl bilir. Ötən gün baş tutan dəyirmi masada edilən çıxışlarda, ifadə olunan üzlərdə bunu çox asanlıqla sezmək olurdu. 

73497780_3012575118771278_3636568961509752832_n1572953691.jpg (74 KB)

“Əli Kərimli və tərəfdarları isə hakimiyyət naminə hər şeyi – ölkəmizi belə, qurban etməyə hazır, qorxulu və güvənilməz bir dəstədir”. Rauf Arifoğlunun çox yaxşı tanıdığı Əli Kərimli barəsində bu sözləri isə AXCP liderinin hansı xislətə sahib olduğundan xəbər verir.   

 

Lamiyə Turan 

Demokrat.az

        

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top