Oqtay Gülalıyev Türkiyəyə göndərildi - FOTOLAR

GÜNDƏM 06 noy 2019, 11:19

Hüquq müdafiəçisi Oqtay Gülalıyev hazırda müalicə üçün Türkiyəyə aparılır.

 

Demokrat.az-ın "Qafqazinfo"ya istinadən xəbərinə görə, O. Gülalıyevin ailəsinin istəyi əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə onun müalicəsi İstanbulda davam etdiriləcək.

 

Gülalıyev təcili tibbi yardım avtomobili ilə Neyrocərrahiyyə Xəstəxanasından çıxarılaraq Heydər Əliyev adına Beynəlxalq Hava limanına çatdırılıb. 

 

O, AZAL-ın xüsusi ambulans təyyarəsi ilə aparılır. Onun səhhəti ilə bağlı təyyarənin içində xüsusi tibbi avadanlıqlar quraşdırılıb

 

Müayinəsi üçün Türkiyədən dəvət olunan həkim Kadir Doğruer bildirib ki, O. Güləliyev komadadır və vəziyyəti kritikdir.

 

Həkimlər və tibb personalı da səfər boyunca onu müşayiət edəcək və vəziyyəti nəzarət altında saxlanılacaq. Həyat yoldaşı Firuzə Gülalıyeva da onunla birgə gedib. Həkimlərin icazəsindən sonra saat 10:40-da təyyarə İstanbula yola düşüb.

 

Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb. 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top