Bir-birini "genetik xəstə", "xarici kəşfiyyata işləyən" adlandıranları bir masa ətrafına yığan SİRLİ QÜVVƏ — SİYASİ TƏHLİL

TƏHLİL 06 noy 2019, 10:58

Son dövrlərdə müxalifət düşərgəsindəki baş verən proseslərə nəzər saldıqda bir daha onların əsas hədəfinin ölkənin inkişafı və problemlərinin həllinin deyil, kimin əsl və öndə gedən müxalif qüvvə olduğunu sübut edərək, xaricdən verilən qrantları mənimsəməklə Azərbaycan dövlətçiliyinə bacardıqca daha çox zərbə vurmaqdır. Bu gün Müsavat Partiyasının qərargahında İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, Cəmil Həsənli, Əli İnsanovun, Pənah Hüseynin bir araya gəlməsi deyilənlərin bariz nümunəsidir. Hansı ki, bu qüvvələrin bir-birinə ən yumşaq formada desək, patoloji nifrəti cəmiyyətdə hamıya bəllidir. Belə olan halda adı çəkilən şəxslərin bir araya gələrək guya, Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyət və yaranmış durumdan çıxış yolları ilə bağlı müzakirələr aparması nə qədər səmimi olacaqları ilk andanca cəmiyyətdə ciddi suallar ortaya qoyur.


Bu insanlar nə qədər birgə yol gedəcək? Hansı məsələləri müzakirə edə biləcəklər?  Bu şəxslər Azərbaycanın hansı probleminin həllinə yardım edə bilərlər və doğrudan da bunda maraqlıdırlarmı? Bax, bu və bu kimi suallar çoxlarını düşündürür və özündə bu suallara cavab axtarmağa çalışır. Ancaq bu sualı özlərinə verənlər elə onların  son iki onillikdə keçdikləri yola nəzər salmaqla özlərinə verdikləri suala cavab  da tapırlar. Çünki cəmiyyət adı çəkilən və çəkilməyən digər müxalif liderlərin çox belə birliklərinin yaranmasının, onların fəaliyyətinin və hansı acınacaqlı sonluqla bitdiyinin, insanlarının ümidinin puça çıxdığının  şahidi olublar. 90-cı illərin ortalarından etibarən müxalifət düşərgəsində çoxsaylı qısaömürlü birliklər yaranıb. Bu birliklər ya heç qarşısına qoyduğu hədəfə çatmadan parçalanıb, yaxud da  nəticəsizliklə bitib.  Hər iki halda orada təmsil edən qüvvələr sonda bir-birlərini xəyanətdə ittiham ediblər. Odur ki, cəmiyyət bu gün də bir araya gələn müxalif qüvvələrin təmsilçilərinin gələcək fəaliyyətinə, onların səmimliyinə inanmaq istəmirlər. Necə ki, bunu özləri də çıxışlarında etiraf edərək, heç də proseslərə fərqli baxışlarının olduğunu və buna görə də zaman-zaman bir-birini ittiham edərək, xəyanətdə suçlamalarını etiraf etdilər. 

 

Bu daha çox ora toplaşan şəxlərin öz şəxsi maraqlarının təmin olunması, müxalif düşərgədə öncüllüyü əldə etmək, "kim daha həqiqi müxalifətdir" titulu uğrunda gedən mübarizədir. Ona görə ki, bu qüvvələrin hakimiyyət uğrunda siyasi mübarizə aparması üçün nə yetərincə resursu, elektoratı,  nə da potensialı var.  Çünki bu gün müxalifət ölkədəki ictimai-siyasi proseslərə təsir etmək və onu yönləndirmək qabiliyyətinə malik deyil. Ümumiyətlə, bu gün müxalif siyasi qüvvələrin  proseslərə təsiri sıfırın altındadır və gələcək perspektivləri də yoxdur. Bu şəxslər artıq hərtərəfli bitib-tükənmiş şəxslərdir. Ona görə ki, siyasi liderin missiyası yeni situasiya yaratmaq və onu dəyişib istiqamətləndirmək, arxasınca gedən qüvvələri hədəfə çatdırmaqdır. Ancaq  bu gün Azərbaycanın müxalif düşərgəsində belə bir siyasətçi ümumiyyətlə mövcud deyil. Özlərini lider adlandıran şəxslər isə ən yaxşı halda hansısa  kiçik bir siyasi qüvvənin, yaxud da qrupun lideri ola bilər.  Əgər bu belə deyilsə, o zaman niyə 90-cı illərdə və 2000-ci illərin əvvəllərində müxalifətin güclü olduğu və hakimiyyətə gəlmək şansları olduğu halda, bunu edə bilmədilər.  Şəxsi maraqlarını milli maraqlardan üstün tutması, bir-birini həzm edə bilməməsi, şəxsi ambisiyaları buna imkan vermədi. Odur ki, onların bundan sonrakı birliklərinin də fəaliyyəti bax belə acı sonluqla bitəcək.

 

Bəs o zaman bunların istəyi nədir? Bax ona cavab axtaraq.   Axı necə ola bilər ki,  İsa Qəmbər onu “genetik xəstə” adlandıran Əli İnsanovla bir masa arxasında əyləşsin. Necə ola bilər ki, Əli Kərimlini xarici kəşfiyyata və ermənilərə casusluqda ittiham edən Əli İnsanov bir masa arxasında oturub, hansısa milli maraqları müzakirə etsin və birgə əməkdaşlıq etsin.  Digər bir məqam isə ondan ibarətdir ki, 90-cı illərdən etibarən  AXCP ilə Müsavat   çoxsaylı birgə  siyasi formatlarda iştirak edib və nəticəsinin hamısı da göz qabağında… Sonda tərəflər bir-birini xəyanətdə, satqınçılqda ittiham edib.  Belə olan halda  bu şəxslərin Əli İnsanovu , “namuslu insan”, “qardaş” adlandırması  nədən qaynaqlanır. Maraqlıdır, görəsən, bu “sevgi”nin səbəbi nədir? Xüsusilə, əgər nəzərə alsaq ki, vaxtilə Əli İnsanov müxaliflərin haqqında nələr deyib, onların keçmiş naziri sevmək üçün heç bir əsasları yoxdur axı..
Gəlin, İnsanovun müxalifət haqda dediyi xoş sözləri bir yerdə xatırlayaq...

 

“İsa Qəmbər genetik xəstədir”.

 

“Vaxt gələcək bu müxalifətin övladları öz babalarını nifrətlə yad edəcələr...”

 

Axı Əli İnsanov indi bir sırada oturduğu adamları faşist, əxlaqsız  adlandırmışdı...

 

Əli İnsanovun bu riyakarlığı təəccüb doğurmur. Dünən hakimiyyətdə idi, rüşvət alırdı, müxalifəti söyürdü. Hakimiyyətdən atıblar, rüşvət ala bilmir, indi də olub millət, xalq təəsübkeşi və “müxalifət”... 

 

Təəccüblü deyil... Bu, anekdotdur... Bu, gülüş doğurur. Bu, prinsipsizlikdır...


Bu tədbir ora toplaşanların  bir-birindən şəxsi və korporativ maraqları istifadə edilməsi kimi dəyərləndirmək olar. Bura toplaşanlar  kollektiv qurum yaratmaqla gələcək uğursuzluqlarını ört-basdır etmək üçün istifadə edəcəklər. 

 

Bu fikrimizi izah etməyə çalışaq. Əli Kərimli icazəsiz aksiyalar keçirməyi təxirə salıb. Səbəbini də izah edib ki,biz bu dəfə mitinqlərə gücdən düşməmiş, resurslarımızı tam itirməmiş fasilə verdik... “Hazırda razılaşdırılmış mitinq potensialımız hətta 19 yanvar ərəfəsində olduğundan da xeyli çoxdur”-Kərimli qeyd edib. Burada soruşular bilər ki, əgər potensial çox idisə, niyə fasilə verdin? Amma Kərimli bilməyərəkdən də özünün gücsüzlüyün etiraf edərək  resurslarını tam itirmədən  fasilə verdiyini dilə gətirib. Bu o deməkdir ki, hələ 100-200 nəfər resurs demək deyil.

 

Arxasınca  nəinki on minlərlə insanın yox, heç minlərlə insanın getmədiyinin göstəricisidir. Axı, hakimiyyətə iddialı olan normal partiya lideri alternativ proqramlar ortaya qoymalı, hansı komandayla onu reallaşdıracağını açıqlamalı və buna da dayanaraq platforma formalaşdırıb seçkiyə getməlidir. Ən azından özlərinin də örnək kimi göstərdikləri ölkələrdə belədir.

 

Əlbəttə, əgər Kərimlinin məqsədi dağıtmaq yox, qurmaqdırsa, ölkəni indi idarə edənlərdən daha yaxşı idarə etməkdirsə və özünün də belə bir bacarığı varsa. Yox, bunların heç biri yoxdursa, üstəlik də xəyanətkar və bəlli çevrələrə bağlı birisənsə, bağlı olduqaların sənə cəmiyyətdə çaxnaşma yaratmaq, dövləti gücdən salmaq tapşırığı veriblərsə, hətta verməyiblərsə belə etdiklərin buna yönəlibsə, təbii ki, onda alternativ inkişaf proqramı, platforması yerinə xaos “resurs”undan və təfriqəçilik “potensial”ından dəm vuracaqsan.

 

Müsavata gəldikdə isə son günlərdə Əli Kərimlinin narazı elektoratda  bir az önə çıxdığını gördüyündən özünə xal qazanmaq üçün belə bir toplantı təşkil etməklə özünə reytinq qazanmaq istəyir. 

 

Əli İnsanova olan “sevgi”nin arxasında isə əslində maddi sevgi dayanır. Hər iki tərəf onun maliyəsindən faydalabnmaq istəyir.


Əli İnsanov isə onlardan istifadə etməklə özü  barəsində  “qəhrəman”  obrazı formalaşdırmaqdır.

 

Nəticə: Bu qüvvələrin ölkədki siyasi proseslərə fərqli baxışları olduğundan bir müddətdən sonra   yenidən aralarında parçalanma yaranacaq. Bu zaman  məsuliyyətdən yayınmaq üçün ənənəvi taktikadan istifadə etməklə bir-birini xəynatədə suçlayacaqlar. Biz artıq onun ilk işartıların elə birinci toplantıda  şahidi olduq.

 

Digər bir məqam da onadan ibarətdir ki, xarici donorlardan ayrılan qrantlara sahiblənməkdir. Necə ki, adı çəkilən bu qüvvələr 2018-ci ildə Demokratiyaya Dəstək Milli Fondu (NED) tərəfindən ayrılan 1059053 dolları 3-cü ölkələr vasitəsi ilə həzmi-rabedən keçiriblər. İndiki canfəşanlığın bir  hədəfi də 2020-ci ildə ayrılacaq qrantdan kim daha çox mənimsəyəcək. Hər zaman olduğu kimi yenə də xalq faktorundan istifadə olunacaq  və sonda məsuliyyətdən boyun qaçırmaq üçün  yalanlar uyduraraq,  qaçmağa çalışacaqlar. (ölkə.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top