Londonda "qol yağışı", “Borussiya”dan əzmkar qələbə – Çempionlar Liqasında nəticələr

İDMAN 06 noy 2019, 09:33

Çempionlar Liqasında qrup mərhələsinin IV turuna start verilib. Qitənin ən nüfuzlu turnirində 4 qrupda 8 qarşılaşma keçirilib.


 
Oyunlar, E, F, G və H qruplarında növbəti oyunlar baş tutub.


 
E qrupunun favoritləri "Napoli" ilə "Liverpul" rəqiblərini evdə qəbul edib. "Napoli"nin qələbəsi və "Liverpul"un ən azı məğlub olmaması italyanların 1/8 final mərhələsinə vəsiqəsini rəsmiləşdirəcəkdi. Amma İngiltərə nəhənginin qalib gəldiyi gündə İtaliya təmsilçisi xal itkisi ilə üzləşib.


 
F qrupunda "Barselona" səfərdə məğlub etdiyi "Slaviya"nı doğma arenasında sınağa çəkib. Kataloniya təmsilçisi gözlənilməz xal itkisi ilə üzləşib. Bu qrupda "Borussiya" ilə "İnter" arasındakı qarşılaşmaya maraq daha böyük idi. Milanlılar ilk yarını 2:0 öndə başa vursa da, fasilədən sonra 3 qol vuran meydan sahibləri möhtəşəm əzmkarlığa imza atıblar.


 
G qrupunun lideri "Leypsiq" çətin Rusiya səfərindən inamlı qələbə ilə dönüb. "Lion" isə autsayder "Benfika"nı qəbul edib və qələbə qazanıb.


 
H qrupunun ən diqqətçəkən oyunu Londonda keçirilib. 6 xalla liderliyi bölüşən "Çelsi" ilə "Ayaks" üz-üzə gəlib. 8 qolluq bu qarşılaşmada qalib müəyyənləşməyib. "Lill" isə növbəti mərhələ şansını davam etdirmək üçün səfərdə "Valensiya"ya qalib gəlməliydi. Amma ispanlar buna imkan verməyiblər.

 

UEFA Çempionlar Liqası
5 noyabr
 
E qrupu
 
"Liverpul" (İngiltərə) - "Genk" (Belçika) 2:1
Qol: Veynaldum, 14. Oksleyd-Çemberleyn, 63 – Samata, 41.
Baş hakim: İvan Kruzlyak (Slovakiya)
Liverpul. "Enfild Roud"
 
"Napoli" (İtaliya) - "Zalsburq" (Avstriya) 1:1
Qol: Lozano, 44 – Haaland, 11-pen.
Baş hakim: Şimon Maçinyak (Polşa)
Neapol. "San Paolo"

 

F qrupu
 
"Barselona" (İspaniya) - "Slaviya" (Çexiya) 0:0
Baş hakim: Maykl Oliver (İngiltərə)
Barselona. "Nou Kamp"
 
"Borussiya" (Dortmund, Almaniya) - "İnter" (İtaliya) 3:2
Qol: Hakimi, 51; 77. Brandt, 64 - L.Martines, 5. Vesino, 40.
Baş hakim: Danni Makelie (Hollandiya)
Dortmund. "Siqnal İduna Park"

 

G qrupu
 
"Zenit" (Rusiya) - "Leypsiq" (Almaniya) 0:2
Qol: Demme, 45+5. Sabitser, 63.
Baş hakim: Orel Qrinfeld (İsrail)
Sankt-Peterburq. "Qazprom Arena"
 
"Lion" (Fransa) - "Benfika" (Portuqaliya) 3:1
Qol: Anderson, 4. Depay, 33. Traore, 89 - Seferoviç, 78.
Baş hakim: Byorn Kuypers (Hollandiya)
Lion. "Qrupama Arena"

 

H qrupu
 
"Valensiya" (İspaniya) - "Lill" (Fransa) 4:1
Qol: Parexo, 66. Soumaoro, 82-öz qapısına. Kondoqbia, 84. Torres, 90 - Osimhen, 25.
Baş hakim: Sergey Karasyov (Rusiya)
Valensiya. "Mestalya"
 
"Çelsi" (İngiltərə) - "Ayaks" (Hollandiya) 4:4
Qol: Jorjinyo, 5-pen; 71pen. Aspilikueta, 63. R.Ceyms, 74 - Abraham, 2-öz qapısına. Promes, 20. Arissabalaqa, 35-öz qapısına. Van de Bek, 55.
Baş hakim: Canluka Rokki (İtaliya)
London. "Stemford Bric"

 

Matc.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top