Azərbaycanın şəhərləri arasında gecələr reallaşdırılan avtobus reyslərinin sayı artırılacaq

İQTİSADİYYAT 05 noy 2019, 15:59

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Azərbaycanın şəhərləri arasında gecələr reallaşdırılan avtobus reyslərinin sayını artıracaq. 

 

Demokrat.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq qurumdan bildirilib. 

 

Məlumata görə, yenilik gələn ilin mart ayından olacaq: "Hazırda Bakıdan Gəncə, Qırmızı Körpü, Mingəçevir, Şəki istiqamətlərində gecə reysləri həyata keçirilir. Daha 5 regionun bu siyahıya əlavə edilməsi nəzərdə tutulub". 

 

Xatırladaq ki, bu ilin oktyabrın 1-dən Bakıdan regionlara gecə reysləri bərpa olunub. Bu addım 10 illik fasilədən sonra atılıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top