Deputat: Radikal müxalifət ermənidən çox erməni olmaq niyyətini ortaya qoyub

SİYASƏT 05 noy 2019, 15:18

Radikal müxalifətin Vaşinqtonda keçirdiyi konfrans say tərkibi baxımından cəmi 10-11 nəfərdən ibarət idi. Bu, həmin konfransın mahiyyətini və məzmununu açıqlayır.

 

Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan məmurlarına qarşı sanksiya tətbiq edilməsi təkliflərinə münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, həmin konfransa dəvət alan insanlar təpədən-dırnağa qədər anti-Azərbaycan qüvvələr olub.

 

Deputat bildirib ki, özünü radikal müxalifət kimi təqdim edən qurumun nümayəndələri ilə Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejimin “xarici işlər naziri”nin ABŞ-a səfəri üst-üstə düşdü.

 

“Hər iki tərəfin bəyanatı üst-üstə düşür və sinxronluğu ilə diqqəti cəlb edir. Zaman, məkan və səsləndirilən anti-Azərbaycan mövqelər də eynilik təşkil edir. Bu gün Vaşinqtona gedən radikal müxalifətin nümayəndələri ermənidən çox erməni olmaq niyyətini ortaya qoyub”.

 

Deputat qeyd edib ki, müxalifətin həmin tədbirdəki çıxışı Azərbaycan xalqının hiddətinə səbəb olub.

 

“Təsəvvür edin ki, həmin tədbirdə bir kəlmə də olsun, Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı barədə danışılmayıb. Onlar heç bir ümummilli məsələni gündəmə gətirməyiblər. Faktiki olaraq onlar ermənilərin mövqeyini ortaya qoyurlar. Hesab edirəm ki, bu məqamda Türkiyənin ABŞ-dakı səfirliyinin əməkdaşının davranışı əsl vətənpərvərlik nümunəsi kimi dəyərləndirilə bilər. O, üzünü radikal müxalifətin təmsilçilərinə tutaraq dedi ki, siz burada Azərbaycan əleyhinə danışmayın”.

 

E.Nəsirov qeyd edib, sapı özümüzdən olan baltalar bəzi beynəlxalq siyasi dairələrin əlində alətə çevrilirlər.

 

“Xalqımız da bunu görür, onların dönük olduğunu deyir”, - deyə E.Nəsirov qeyd edib. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top