Yeni icra başçısı onu İŞDƏN ÇIXARDI

SİYASƏT 05 noy 2019, 13:58

Ağsu Rayon icra Hakimiyyətinin başçısı Vahid Tağıyev icra nümayəndəsini işdən çıxarıb.

 

Vahid Tağıyevin əmri ilə, Ağsu şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nizami Məmmədovu tutduğu vəzifədən azad edib. Onun yerinə hələlik təyinat yoxdur.

 

Xəbəri Ağsu Rayon icra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, Vahid Tağıyev 30.09.2019-cu ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. (Unikal.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top