Şeyx: “20 Yanvarı unutdurmağa çalışanlar azərbaycanlı deyil”

SİYASƏT 04 noy 2019, 21:43

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə Facebook-dakı rəsmi şəbəkə hesabından 20 Yanvarla bağlı paylaşım edilb.

 

“20 Yanvar hadisələrini unudanlar və unutdurmağa çalışanlar azərbaycanlı deyil” – deyə Şeyxulislam yazıb.

 

QMİ sədrinin bu mövzunun həssas olduğu bir dönəmdə facebook profilindən edilən paylaşımı maraqlıdır.

 

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Bakı Slavyan Universitetində (BSU) keçmiş SSRİ rəhbərliyində təmsil olunmuş, 20 Yanvar qırğınında rolu olan Yevgeni Primakovla bağlı esse müsabiqəsinin keçirilməsi ictimaiyyətdə ciddi narazılıq doğurub. Bununla yanaşı Rusiyanın Azərbaycandakı Mədəniyyət Mərkəzində Primakovla bağlı sərginin keçirilməsi də narazılıq doğurmuşdu.

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin bu paylaşımını məsələyə münasibəti hesab etmək olar.

 

Qeyd edək ki, 20 yanvar 1990-cı ildə baş vermiş proseslərdə QMİ sədri öndə olan ictimai xadim olub.  O, Azərbaycanda hakimiyyət böhranından istifadə edərək ölkəni dini zəmində provakasiyaya çəkmək istəyən sovet rəhbəri Yevgeni Primakovun planını rədd edib. Belə ki, Y.Primakov Şeyxulislama hakimiyyəti götürəcəyi təqdirdə sovet ordusunun şəhərə girməyəcəyini vəd edib.

 

Bununla da Primakov  Sovet rəhbərliyinin dünyanı aldatmağa çalışaraq Azərbaycandakı hadisələrin “islamçı ekstremistlərin” əli ilə dini zəmində baş verdiyi barədə yaydıqları yalanı üçün hüquqi zəmin yaratmağa cəhd edib. QMİ sədrinin  Y.Primakovla ciddi mübahisəsi düşüb və A.Paşazadə ordunun şəhərə girəcəyi təqdirdə bütün məsuliyyəti SSRİ rəhbərilyinin daşıyacağını deyib.

 

Şeyxulislam yanvarın 20-də şəhəri işğal etmiş sovet rəhbərliyinin, birbaşa müdafiə naziri Dmitri Yazovun Bakıda yerləşdiyi mənzil qərargahına gedərək onu ağır sözlərlə ittiham edib.  SSRİ daxili işlər naziri Vadim Bakatin də həmin vaxt Yazovun yanında olub.  O, Yazovdan Azərbyacan xalqından üzr istəməsini tələb edib. Ertəsi gün DİN rəhbəri Bakatin yazılı üzr məktubu ilə Şeyxin yanına gəlib.

 

Bakı qırğınına etiraz olaraq A.Paşazadə SSRİ rəhbəri Mixail Qorbaçovu sərt ittiham edən bəyanat yayıb və onu qanlı qırğının günahkarı sayıb.

 

Bundan başqa şəhidlərin çoxmilyonlu dəfninə rəhbərlik edən A.Paşazadə Sovet ordusunun Bakıya soxulmasına və dinc əhalini gülləbaran etməsinə etiraz olaraq SSRİ xalq Deputatı mandatından imtina edib. (moderator.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top