Avtomobil bazarında alıcı az, qiymətlər isə bahadır — VİDEOREPORTAJ

İQTİSADİYYAT 04 noy 2019, 18:23

Azərbaycanda avtomobil bazarında satışın vəziyyəti zəif olaraq qalır.

 

Demokrat.az xəbər verir ki, bu, Reportu-un Badamdar qəsəbəsi ərazisində yerləşən avtomobil bazarında apardığı araşdırmadan məlum olub.

 

Bazara gələn alıcılar qiymətlərin bahalığından, büdcələrinə uyğun avtomobil tapmaqda çətinlik çəkmələrindən şikayət edirlər.

 

Satıcılar bildirirlər ki, sentyabr ayı ilə müqayisədə oktyabr ayında avtomobillərin qiymətində cüzi artım müşahidə olunub. Onların sözlərinə görə, bazarda ən çox satılan avtomobillər "Mercedec" modelidir. 

 

Qeyd edilib ki, alıcılar qiyməti 10-12 min manat arasında dəyişən avtomobillərə daha çox üstünlük verirlər. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top