Araz Ağalarov yeni biznesə başladı

MARAQLI 03 noy 2019, 22:44

Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov balıq biznesinə başlayıb.


Demokrat.az qafqazinfo-ya istinadən xəbər verir ki, iş adamının “Krokus” şirkəti “Lotofish” adlı balıqçılıq şirkəti təsis edib.


Müəssisənin əsas fəaliyyəti sənaye üsulu ilə şirin su hövzələrində balıq yetişdirmək olacaq. Şirkətin səhmlərinin 90%-i “Crocus Group”a, 10%-i isə “Lotofish”in baş direktoru Valeryan Çikovaniyə məxsusdur.


Şirkət Moskva vilayətinin Lotoşinsk rayonunda qeydiyyatdan keçib və onun haqqında məlumatlar Hüquqi şəxslərin Vahid Dövlət Reyestrinə oktyabrın 31-də daxil olunub.


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top