Ərdoğan Suriya ilə sərhədə gəldi

DÜNYA 03 noy 2019, 20:19

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə həmsərhəd olan Şanlıurfa vilayətindəki Quru Qoşunları Komandalığının Birgə Əməliyyat Mərkəzində olub və "Sülh bulağı" əməliyyatı barədə məlumatlandırılıb.

 

Əməliyyat mərkəzinə gələndən sonra Ərdoğan əsgərləri salamlayıb.

 

Ziyarət əsnasında Türkiyə liderinə "Sülh bulağı" əməliyyatının gedişi haqqında məlumat verilib.

 

Ərdoğanı həmçinin, daxili işlər naziri Süleyman Soylu, milli müdafiə naziri Hulusi Akar, Baş qərargah rəisi general Yaşa Gülər, Silahlı Qüvvələrin komandirləri, Ədalət və İnkişaf Partiyası sədrinin müavini Mahir Yunal, partiyanın rəsmisi Ömər Çelik və başqaları müşahidə ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top