"Ay nadürüstün yekəsi, Nuru Paşa pulu götürərkən dədən-baban fotolentə alıb? " — Eldar Sabiroğludan Araz Əlizadəyə SƏRT CAVAB

GÜNDƏM 03 noy 2019, 18:45

Bir adam ki, bütün qanı, canı, hətta iliklərinə qədər murdar hüceyrə daşıyıcısı olsun, ondan əxlaq, tərbiyə gözləməyin mənası yoxdur. Beləsinin hər cür şərəfsizliyə, ləyaqətsizliyə getməsi mümkündür. Mazandaran farsının belindən əmələ gəlmişə nə desən azdır. Axı türk ona nə edib ki, metro Tağı demişkən yerində rahat otura bilmir, burcudur. 


"Araksın" bu dəfəki sayıqlaması da təsadüfi deyil. Türk konseyi zirvə toplantısından dərhal sonra Azərbaycan deputatının bu cür təxribatçı çıxışı aldığı tapşırığın icrası ilə əlaqəlidir. Başqa səbəb axtarmağa gərək yoxdur.


Türklərə qarşı bu ailədəki nifrət, kin-küdurət hardandır? 


Erməni də inanın, "Araks" qədər türkə düşmən münasibətində olduğunu həyasızcasına harda gəldi dilinə gətirmir. Dəfələrlə Türkiyəni və türk millətini təhqir edib, lakin layiqli cavabını almadığına görə bu gün də çox arxayın vəziyyətdə ağzına gələni danışır. 


Bəlkə ay nadürüstün yekəsi, Nuru Paşa pulu götürərkən dədən-baban fotolentə alıb? 

 

<img alt="Image result for Eldar Sabiroğlu" "="" data-cke-saved-src="https://img2.milli.az/n/clickable/204433/02/d/eldar_sabiroglu_000.jpg" src="https://img2.milli.az/n/clickable/204433/02/d/eldar_sabiroglu_000.jpg">


Sərsəm fikirlərlə bütöv bir milləti açıq-açığına aşağılayır, parlamentdəsə ona yerini göstərən bir adam tapılmır. Nə qədər həqarət olar? İynənin ucu boyda hər hansı millətin ünvanına rəsmi bir şəxs tərəfindən alçaldıcı fikirlər səslənsəydi, indi yerlə-göy bir-birinə dəymişdi. Bu laqeydlik Milli Məclisə hörmət gətirmir.


Azərbaycanda yaşayan bütün millətlər bərabər hüquqlara, bərabər imtiyazlara sahibdirlər. Ayrı-seçkilik, milli üstünlüklər barədə fərqləndirici yanaşmalar Azərbaycana ən böyük düşmənçilikdir. 


Elə isə əlizadə kimi birisinin gözlərini türk adı niyə deşməlidir? 


Yeganə səbəb bu ola bilər ki "Araksın" qanındakı türkə düşmənçi hüceyrlər çoxdur.

 

Eldar Sabiroğlu


Milli Məclisin keçmiş deputatı 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top