Danimarka qaz kəmərinin çəkilməsinə "yox" deyir

İQTİSADİYYAT 03 noy 2019, 10:15

AFR-in Baltik dənizi sahillərində yerləşən Lubmin adlı kommunasında “Şimal axını” qaz kəmərinin ikinci növbəsinin kəsişmə zonası yerləşib. Qaz kəməri Avropanın qaz nəqliyyat sisteminə məhz burada qoşulmalıdır.


Boruların artıq 87 faizi Baltik dənizinin dibi ilə çəkilib və magistralın bu ilin sonuna qədər işə salınması nəzərdə tutulub. Konsorsium nümayəndələri bu yaxınlarda bildiriblər ki, onlar qalan işləri vaxtında başa çatdırmağa ümid bəsləyirlər.

 

Lakin bu günlərdə boru kəmərini çəkənlər üçün xoşagəlməz hadisə baş verib: rəsmi Kopenhagen Danimarkanın ərazi sularında boru kəmərinin çəkilməsinə icazə verməyib. Odur ki, Rusiyadan Almaniyaya qaz kəmərinin vaxtında istifadəyə verilməsi hələlik sual altındadır. Konsorsium apelyasiya şikayəti verib və indi məsələ baxılması üçün Danimarka hökumətinə qaytarıla bilər.

 

Yeri gəlmişkən, qaz kəmərinin Almaniya hissəsinin dəniz və yerüstü sahələrində işlər başa çatmaq üzrədir və Almaniya Rusiyadan qaz qəbul etməyə hazırdır.

 

İndi iş Danimarkaya qalıb. Lakin bu ölkə cavab verməyə hələlik tələsmir. Kopenhagenin cavabı nə qədər uzadacağı da hələlik məlum deyil.(AZƏRTAC)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top